» » Rusiyada 37-ci illəri xatırladan

Rusiyada 37-ci illəri xatırladan MƏHKƏMƏ

Bölmə: Dünya
Rusiyada 37-ci illəri xatırladan

Rusiya müxalifətinin lideri Aleksey Navalnının Arxangelskdəki qərargahının keçmiş koordinatorları Yeqor Butakov və Yelizaveta Bıçkova 1 il azadlıqdan (şərti) məhrum ediliblər.

XALQİNFO.AZ xarici agentliklərə istinadən xəbər verir ki, hər iki şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 239-cu maddəsinin 3-cü hissəsi (vətəndaşların hüquqlarını pozan QHT-nin fəaliyyətində iştirak) ilə təqsirli bilinib. Onlar ayda iki dəfə yoxlanmaq üçün polis məntəqəsinə gəlməlidirlər. Həmin şəxslərə şəhərdən kənara çıxmaq və yaşayış yerini dəyişmək qadağandır.

Rusiya mətbuatının yazdığına görə, Butakov digər Arxangelsk fəallarına qarşı inzibati və cinayət işlərində şahid qismində çıxış edib. Onun Arxangelskdə digər müxalif partiyaların üzvləri əleyhinə yazdığı “donos” sayəsində təqaüdçü Yuri Şerbaçov “RF Silahlı Qüvvələrini gözdən salmaq” maddəsi ilə 15 min rubl cərimələnib. Bundan əlavə, Butakov birlikdə işlədiyi keçmiş qərargah fotoqrafı Ruslan Axmetşinə qarşı “nasizmin reabilitasiyası” işində ifadə verib. Onun ifadələri əsasında polislər fotoqraf Axmetşinə, qərargah fəalı Olqa Şkolinaya, hüquq müdafiəçisi İlya Lesukova, “Sota” xəbər agentliyinin jurnalistləri Daria Poryadina və Aleksandr Peskova “baş çəkiblər”.

Yeqor Butakovun məhkəmədə çıxışı isə köhnə repressiya məhkəmələrini xatırladıb: “Bu mənim üçün çox ciddi həyat dərsi oldu. Mən göllə bənzətmə edə bilərəm. Gölə baxanda biz ancaq suyun səthini görürük, ora baş əyəndə suyun altında hər şey ola bilər. Belə çıxır ki, mən bu gölə daldım və palçığa rast gəldim. Mən insanlara müraciət etmək istəyirəm ki, Liza ilə səhvlərimizi təkrarlamasınlar, Rusiya Federasiyasının ərazisində ekstremist fəaliyyətlə məşğul olmasınlar”.

Yelizaveta Bıçkova isə son sözündə böyük ailə qurmaq və uşaq böyütmək istədiyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler