» » İranda casusluqda ittiham olunan sabiq məmur edam edilib

İranda casusluqda ittiham olunan sabiq məmur edam edilib

Bölmə: Dünya
İranda casusluqda ittiham olunan sabiq məmur edam edilib

İran ədliyyəsi 1997-2005-ci illərdə müdafiə nazirinin müşaviri vəzifəsində işləmiş Əlireza Əkbəri barəsində ölüm hökmünü icra edib.

"Xalqinfo"AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi İranın ədliyyə orqanlarına istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, ikili vətəndaşlığı (İran və Britaniya) olan sabiq məmur Böyük Britaniyanın xeyrinə casusluqda, həmçinin korrupsiyada təqsirli bilinib. Eyni zamanda, Əkbəri ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və onların əsassız olduğunu bildirib.

Bundan əvvəl BBC Yayım Korporasiyasının farsdilli redaksiyası məmurun təxminən on ay əvvəl saxlanıldığını, həbsdə olarkən işgəncələrə məruz qaldığını iddia edib. Çərşənbə günü Britaniya İran hakimiyyətini Əkbərinin edamını dayandırmağa çağırmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler