» » Britaniyaya nota verən İrana qarşı sanksiya

Britaniyaya nota verən İrana qarşı sanksiya tətbiq edildi

Bölmə: Dünya
Britaniyaya nota verən İrana qarşı sanksiya

Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Xalqinfo" İran KİV-lərinə istinadən xəbər verir ki, ona Britaniyanın qeyri-ənənəvi, həmçinin İranın milli təhlükəsizliyinə müdaxilələri ilə bağlı nota təqdim olunub.

Böyük Britaniya da bu gün İrana sanksiya tətbiq edib.

Bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.

O bildirib ki, bu, İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edamı ilə bağlıdır: “Biz rejimin bu əməllərinə, o cümlədən insan haqlarını dəhşətli formada pozduğuna görə cavab verməsini tələb edirik”.

Qeyd edək ki, Əlirza Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler