» » İstanbulda Ərdoğan Muzeyi

İstanbulda Ərdoğan Muzeyi açılacaq

Bölmə: Dünya
İstanbulda Ərdoğan Muzeyi

İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın Muzeyi açılacaq.

Xalqinfo.az "Unikal"a istinadən xəbər verir ki, muzey, Türkiyə prezidentinin həyatının ilk illərini keçirdiyi şəhərin Avropa hissəsində, Haliçin şərq sahilində, Kasımpaşa rayonunda yerləşəcək.


Muzeydə Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminənin həyatlarının müxtəlif anlarını əks etdirən fotoşəkillər və video görüntülər sərgilənəcək. Xüsusilə, Türkiyə liderinin BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyinə eyham vuraraq “dünya beşdən artıqdır” dediyi BMT-dəki çıxışının səs yazısını nümayiş etdirəcəklər.

Muzeyin 2023-cü il iyunun 18-də keçiriləcək seçkilərə qədər fəaliyyətə başlaması planlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler