» » Gürcüstan və Ermənistan arasında pasport rejimi

Gürcüstan və Ermənistan arasında pasport rejimi ləğv edildi

Bölmə: Dünya
Gürcüstan və Ermənistan arasında pasport rejimi

Gürcüstan və Ermənistanın baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan İrəvanda iki ölkə vətəndaşlarına şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər etməyə icazə verən saziş imzalayıblar.

"Xalqinfo" xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.


“İqtisadi hökumətlərarası komissiya başa çatdıqdan sonra Gürcüstan və Ermənistanın baş nazirləri sənəd imzalayıblar ki, ona əsasən Gürcüstan və Ermənistan Respublikası arasında mövcud vizasız rejim daha da sadələşdirilib və bundan sonra vətəndaşlar biometrik şəxsiyyət vəsiqələri ilə sərhədi keçəcəklər" - məlumatda deyilir.

Qeyd edildiyi kimi, hökumətlərarası komissiyanın iclasında Gürcüstan və Ermənistan hökumətlərinin üzvləri, eləcə də müxtəlif departamentlərin nümayəndələri iştirak ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler