Estoniya Prezidenti nazirin sözlərinə görə bu ölkədən üzr istədiBölmə: Dünya
Estoniya Prezidenti Kersti Kalyulayd Daxili İşlər Naziri Mart Helmenin Finlandiyanın yeni Baş Naziri Sanna Marin haqda işlətdiyi sözlərə görə üzr istəyib. “Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Helme müsahibələrinin birində 34 yaşlı Marin haqqında “satıcı Baş Nazir old” sözlərini işlətmiş, bu isə iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Estoniyanın keçmiş XİN rəhbəri Urmas Paet Helmenin vəzifəsinə son verilməyə çağırmışdı. Baş vermiş gərginlikdən sonra Kalyulayd finlandiyalı həmkarı Sauili Niinistöydən üzr istəyərək baş verənlərə görə təəssüfləndiyini bildirib. Bu arada, baş verən qalmaqaldan sonra bir çox estoniyalı nazir sosial şəbəkədə #ProudOfİt haştaqı ilə paylaşımlar edərək əvvəllər satıcılıq etmiş Marinə dəstək olublar. Qeyd edək ki, Helme əvvəlcə söylədiklərinə görə üzr istəməyəcəyini desə də, daha sonra o da üzr istəməli olub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|