» » Rusiyanın ABŞ təyyarəsini vurduğu üzə çıxdı

Rusiyanın ABŞ təyyarəsini vurduğu üzə çıxdı

Bölmə: Dünya
Rusiyanın ABŞ təyyarəsini vurduğu üzə çıxdıRusiyanın hava hücumundan müdafiə sistemlərinin ABŞ-a məxsus pilotsuz təyyarəni ələ keçirdiyi faktı üzə çıxıb.

ANS-in məlumatına görə, hadisə bu ilin mart ayında Krımın Rusiyaya ilhaq edilməsi ərəfəsində baş verib.

Rusiya hərbi dairələrinin verdiyi məlumatda deyilir ki, martın 10-da Krım səmasında kəşfiyyat uçuşları edən ABŞ ordusuna məxsus MQ-5B Hunter pilotsuz təyyarəsi məcburən yerə endirilib.

Təyyarənin 66-cı ABŞ Hərbi Kəşfiyyat Briqadasına məxsus olduğu bildirilir. Əvvəllər Bavariyada yerləşən briqadanın hazırda Ukraynaya gətirildiyi iddia olunur.

Rusiya silahlı qüvvələrindən verilən məlumatda həmçinin bildirilir ki, Krım səmasında icazəsiz uçuşlar edən ABŞ təyyarələrindən biri də vurulub.

Artıq Krım səmasının etibarlı şəkildə qorunduğu bildirilən məlumatda deyilir ki, bunun üçün ən müasir hərbi texnologiyalardan istifadə olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler