Tarixçi Qaxariya Gürcüstanın yeni baş naziri olacaq- YENİLƏNİBBölmə: Dünya, BLOK XƏBƏR
Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib. *** Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının Siyasi Şurasının iclası keçirilir. “Report”un Gürcüstan bürosu xəbər verir ki, partiyanın baş qərargahında keçirilən toplantıya partiyanın sədri Bidzina İvanişvili rəhbərlik edir. İclasda ölkənin baş naziri vəzifəsinə namizəd və hökumət dəyişiklikləri müzakirə olunur. Siyasi Şuranın toplantısından sonra hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun iclası keçiriləcək. İclasda hökumət dəyişiklikləri ilə bağlı yekun qərar qəbul ediləcək. Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadze ötən gün istefa verib. O, 2018-ci ilin iyunundan hökumətə başçılıq edib. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|