İraqda dəhşət: 35 türkman can verdiBölmə: Dünya
İraqın Bağdad və Kərkük şəhərlərində genişmiqyaslı terror aktı reallaşıb.axar.az-a istinadən xəbər verir ki, partlayışlar nəticəsində 35 nəfər ölüb, 91 nəfər yaralanıb. İlk hücum paytaxt Bağdadın şərqində yerləşən Sədr bölgəsində reallaşıb. Terrorçuların avtomobilə yerləşdirdikləri bomba bir kafenin qarşısında partladılıb. Kərkükdə baş verən terror aktı da eyni ssenari ilə təkrar olunub. Baş verən terror aktları ilə bağlı araşdırma aparılır. |
|