İŞİD tərəftarları "Memati"nin çəkildiyi seriala hücum etdi- yaralılar varBölmə: Dünya, BLOK XƏBƏR
![]() Qeyd edək ki, "Kaçak" serialında baş rolu "Kurtlar Vadisi"ndən Memati obrazı ilə tanınan Gürkan Uyqun oynayır. Olaya gəlincə, dəmir parçaları ilə silahlanan şəxslər çəkiliş meydançasına mikroavtobusla daxil olandan sonra oradakıları hədələyiblər və həmin ərazidə serial çəkilişinə icazə verməyəcəklərini deyiblər. Aparılan araşdırmalardan sonra insidenti yaradan şəxslərin bir qrup gənc olduğu və onların sərxoş vəziyyətdə olması üzə çıxıb. Dava zamanı həmin şəxslərin öz aralarında "Mematiyə əl vurmayın, qalanlarını özünüz bilərsiz" deməsi diqqətdən yayınmayıb. |
|