» » ABŞ-da yeniyetməni güllələyən polis günahsız sayıldı

ABŞ-da yeniyetməni güllələyən polis günahsız sayıldı

Bölmə: Dünya
ABŞ-da yeniyetməni güllələyən polis günahsız sayıldıABŞ-ın Missuri ştatının Andlılar Məhkəməsi avqustda Ferqüson şəhərində qaradərili yeniyetməni güllələyən polis əməkdaşı Darren Uilsonu günahsız sayıb.

apa-nın bbc-yə istinadən verdiyi xəbərə görə, Missuri ştatının qubernatoru Cey Nikson 18 yaşlı afroamerikalı Maykl Braunun qətli ilə bağlı məhkəmə qərarının elan olunması ərəfəsində şəhərdə fövqəladə vəziyyət elan edib.

Öz növbəsində, Ferqüson şəhərinin polis rəisi M.Braunun ailəsindən və bütün afroamerikalılardan üzr istəyib. Hökumətin Missuridə iğtişaşların yeni dalğasının baş qaldırmasından ehtiyat etdiyi bildirilir.

Xatırladaq ki, Maykl Braun avqustun 9-da Fergüson şəhərində polisin tələbinə tabe olmadığına görə qətlə yetirilmişdi. İnsidentdən sonra şəhərdə kütləvi iğtişaşlar, polis ilə etirazçılar arasında toqquşmalar baş vermişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler