» » Qocalar evi yandı, 200 nəfər təxliyyə edildi

Qocalar evi yandı, 200 nəfər təxliyyə edildi

Bölmə: Dünya
Qocalar evi yandı, 200 nəfər təxliyyə edildiAlovun söndürülməsində 8 yanğınsöndürən iştirak edib
Torontoda qocalar evindən birində yanğın meydana gəlib.

Anspress-in məlumatına görə, Kanadada Ontario ştatının Toronto şəhərindəki qocalar evindən birində güclü yanğın hadisəsi baş verib. Yanğının qarşısını almaq və içəridəkiləri xilas etmək üçün əraziyə yağınsöndürmə və xilasetmə qrupları göndərilib.

Yanğının qarşısı alınıb və 192 nəfər qoca daxil olmaqla, müəssisənin personalı ilə birlikdə 200 nəfər binadan təxliyyə edilib.

Şəhər polisi ilkin məlumatlara əsasən, zərərçəkənin olmadığını və təxliyyənin operativ şəkildə baş tutduğunu bildirib. Güclü alovun söndürülməsində 8 yanğınsöndürən iştirak edib.

Ətrafa yayılan tüstü səbəbilə sakinlərə pəncərələri bağlamaq məsləhət görülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler