» » ABŞ prezidenti 800 min miqrantı ölkədən qovur

ABŞ prezidenti 800 min miqrantı ölkədən qovur

Bölmə: Dünya
ABŞ prezidenti 800 min miqrantı ölkədən qovur
ABŞ prezidenti Donald Tramp ölkədə qalmaqala səbəb olan yeni qərar qəbul edib.

Tramp administrasiyası ailələri ilə birlikdə uşaq yaşlarında qanunsuz şəkildə ABŞ-a miqrasiya edən və həyatının böyük bir hissəsini Birləşmiş Ştatlarda keçirən gənc və uşaq miqrantların deportasiya edilməsinə mane olan qanunu ləğv edib.

ABŞ-ın ədliyyə naziri təxminən 800 min insana təsir edəcək və Barak Obama dövründə qəbul edilən DACA qanun layihəsinin ləğv edildiyini açıqlayıb. İctimaiyyətdə DACA-dan faydalanan 800 min insan dreamer", yəni xəyalpərəst adlandırılırdı.

Qanun 6 ay sonra ləğv ediləcək. Başqa bir qanun qəbul edilməsə, 800 min miqrant deportasiya ediləcək. Proqramın konstitusiyaya zidd olduğunu bildirən nazir qeyd edib ki, qeyri-qanuni miqrantlar iş yerlərini zəbt etdikləri üçün yüz minlərlə amerikalı işsiz qalıb.

Trampın DACA proqramını ləğv etməsindən sonra sabiq prezident Barak Obama "bu gəncləri hədəf almaq səhvdir"-deyərək reaksiya göstərib. Obama "gənclərə qarşı edilən pis davranışdır. Onlar bizim gələcəyimizə töhfə verəcəklər. Uşaqlarımızla birlikdə bu ölkəyə xidmət edəcəklər"-deyə əlavə edib.

Obama Konqresə səslənərək "bu gəncləri və gələcəyimizi qorumaq üçün vəzifənizi icra edin"-deyib.

Məsələ ilə bağlı açıqlama verən Tramp qərarını müdafiə edib: "Çoxu hazırda yeniyetmə olan uşaqları valideynlərinin hərəkətinə görə cəzalandırmaq istəmirəm. Amma biz fürsətlər ölkəsi yox, qanunlar ölkəsiyik. Bunu anlamalıyıq"./olke.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler