» » Tibb bacısı sevmədiyi xəstələri öldürürmüş

Tibb bacısı sevmədiyi xəstələri öldürürmüş

Bölmə: Dünya, BLOK XƏBƏR
Tibb bacısı sevmədiyi xəstələri öldürürmüş
Sevmədiyi xəstələri öldürən tibb bacısı

İtaliyanın Lugo qəsəbəsində həbs olunan Daniela Poqqiali adlı tibb bacısı 38 nəfəri öldürməkdə günahkar bilinir.

Xalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəxanaya gələn yaşlı bir xəstənin gözlənilməz ölümündən sonra başladılan araşdırma nəticəsində 42 yaşlı tibb bacısı Danielanın həmin xəstəyə iynəylə potasium verdiyi ortaya çıxıb.

Araşdırma nəticəsində Danielanın xəstəxanada baş verən daha 38 gizli ölümdə də təqsirkar olduğu təsdiqlənib.

Ailəsindən və ya özündən xoşlanmadığı xəstələri öldürən tibb bacısının telefonunda öldürdüyü şəxslərlə “selfie” fotoları varmış.

Poqqialinin iş yoldaşları onun çox soyuqqanlı biri olduğunu və bəzən xəstələrə əziyyət vermək üçün onlara yüksək dozada taksativ verdiyini də deyiblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler