» » Polisin öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar təzminat veriləcək

Polisin öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar təzminat veriləcək

Bölmə: Dünya
Polisin öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar təzminat veriləcək
2013-cü ildə ABŞ-ın Vaşinqton şəhərində qaradərili Leonard Tomas adlı şəxs polis əməkdaşları ilə mübahisə edən zaman Brayan Markert adlı polis tərəfindən snayperlə öldürülüb.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı Tomas oğlunun gözü qabağında ölüb.

Hadisə ilə bağlı 4 ildir aparılan məhkəmə prosesi yekunlaşıb və öldürülən şəxsin ailəsinə 15 milyon dollar təzminat ödənilməsinə qərar verilib.

Qeyd edək ki, daha öncə Viskonsin ştatında 2 polis tərəfindən öldürülən qadının ailəsinə 7 milyon dollar təzminat ödənilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler