» » "Haqqın, xalqın gücü tanka qalib gəldi" -

"Haqqın, xalqın gücü tanka qalib gəldi" - Baş nazir

Bölmə: Dünya
"Haqqın, xalqın gücü tanka qalib gəldi" -
"Mətbuatın, KİV-in gücünü 15 iyul hərbi çevriliş cəhdi zamanı bir daha gördük. Media o gün, hərbi çevrilişə cəhd zamanı proseslərin istiqamətini, qədərini dəyişdi".

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım 15 iyul hərbi çevriliş cəhdi zamanı şəhid olmuş jurnalist Mustafa Canbazın xatirəsinə həsr olunan "Yerli medianın həvəsləndirilməsi müsabiqəsi" ilə bağlı keçirilən tədbirdə bildirib.

B. Yıldırım bildirib ki, həmin gün Türkiyə mediası çox gözəl imtahan verib: "Mən bütün fədakar media orqanlarına, jurnalistlərə minnətdarlığımı bildirirəm. Türkiyə hökuməti keçmişdə olduğu kimi bundan sonra da yerli mətbuatın inkişafı üçün lazımi addımlar atacaq. 15 iyul silahsız, tanksız, təyyarəsiz xalqın qazandığı bir qələbədir. Türkiyədə indiyə qədər də hərbi çevrilişlər olub. 15 iyulda ilk dəfə çevriliş etmək istəyənləri xalq çevirdi. Haqqın, xalqın gücü tanka qalib gəldi".

Türkiyə baş naziri nəzərə çatdırıb ki, hərbi çevriliş cəhdində iştirakla bağlı saxlanılanlar məhkəmələrdə müxtəlif oyunlar ortaya qoyurlar: "Biz səbrli olmalı, hüquqa inanmalıyıq. Sonda ədalət yerini tapacaq. Hüquq çərçivəsində hərbi çevriliş iştirakçıları cəzalarını alacaqlar".

B. Yıldırım 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrindən Türkiyəyə 350 jurnalist gəldiyini xatırladıb: "Xarici media mənsublarına bu gün bizimlə olduqları üçün təşəkkür edirəm. Biz bütün həqiqətləri media ilə paylaşmağa hazırıq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler