» » Mosul İŞİD hərbi qüvvələrindən təmizləndi - Video

Mosul İŞİD hərbi qüvvələrindən təmizləndi - Video

Bölmə: Dünya
Mosul İŞİD hərbi qüvvələrindən təmizləndi - Video
İraq Təhlükəsizlik Qüvvələri Mosulu İŞİD əsirliyindən tamamilə azad edib.

Xalqinfo.az-ın southfront.org-a istinadən məlumatına görə, dördüncü gün Mosula daxil olan İraq Təhlükəsizlik Qüvvələri İŞİD hərbi qüvvələrinin Mosuldakı mərkəzini ələ keçirib. Mərkəz yerin 10 metr dərinliyində olub. 5 nəfər öldürülüb, yerdə qalan heyət isə ələ keçirilib.

Bu gün İraqın dövlət televiziyasının yaydığı məlumata görə, hökumət qüvvələri şəhərin əksər yerində nəzarəti ələ keçirib. Artıq ərazilərin minadan təmizlənməsinə, reaktiv bölmələrin təsirsiz hala gətirilməsinə başlanılıb.

Qeyd edək ki, Mosulda İŞİD-in 100 canlı bombasının olması ilə bağlı məlumat da yayılmışdı.

Rəsmilər bunun İŞİD-ə qarşı böyük zərbə olacağını və terrora məruz qalan ərazilərin azad edilməsi istiqamətində mühüm addım olacağını düşünür.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler