» » Sarkisyan üçün son imtahan

Sarkisyan üçün son imtahan Video

Bölmə: Dünya
Sarkisyan üçün son imtahan

Azərbaycanın iradəsi olmadan belə bir addım atmaq mümkünsüzdür
Ermənistanın Dağlıq Qarabağsız qəbul olunması şərti növbəti dəfə sabah təsdiqlənə bilər. Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması gözlənilir.

Ans tv-nin məlumatına görə, bu, ölkə əhalisi üçün olduqca vacib məsələdir, çünki, əhalinin yaşayış şərtlərinin yaxşılaşması bu məsələdən çox asılıdır. Amma bir əmma var. Rəsmi İrəvan quruma Dağlıq Qarabağsız girə bilər. Xatırlayırsızsa, hələ bu ilin mayında Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin ölkəsinin Ermənistanın 2003-cu ildə Ümumdünya Tİcarət Təşkilatına ancaq BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində üzvlüyünə razılıq verdiyini xatırladan məktubunu oxumuş, bu da öz növbəsində Sarkisyanın Putinə zavallı baxışı ilə yadda qalmışdı. Ondan sonra Ermənistanda hakim Respublika Partiyasının gənclər təşkilatının toplantısında Astanada baş verənlərə Sarkisyan belə münasibət bildirmişdi:

"O ki, qaldı Nazarbayevin dediklərinə, əvvəlcədən sərhədlər haqda danışmaq düzgün deyil. Biz hansı sərhədlər haqqında danışırıq? Qarabağ məsələsi Gömrük İttifaqında həll olunmur. Kim demişdi ki, biz Gömrük İttifaqına Qarabağla birlikdə girəcəyik? Belə şey olmayıb və ola da bilməz. Çünki, Qarabağ ən azından bizim qanunvericiliyə gorə bu gün Ermənistanın tərkib hissəsi deyil”.

Sarkisyan bu cavabı ilə əslində guya pərt olmadığını nümayiş etdirmək istəmişdi. Üstəgəl, bu onun sübutu idi, bəli, Azərbaycanın iradəsi olmadan belə bir addım atmaq mümkünsüzdür. Dağlıq Qarabağ Sarkisyanın özünün də səmimi etiraf etdiyi kimi, Ermənistanın tərkib hisəssi deyil, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Yəni, istənilən halda Sarkisyan bizim xeyrimizə olan cavabı vermişdi. Amma bu gün Ermənistanda oturub özgəsinin bostanına daş atan Vardan Bostancanyanlar da tapılır ki, onun sərsəmləmələri ancaq ölkəsində ciddi qəbul edilir. Bostancanyan həm Nazarbayev, həm Lukaşenko, həm də müxtəlif Obamalar bilməlidirlər ki, Qarabağ Ermənistanındır deyib. Əsas söz isə sabah Astanada deyiləcək. Gözləyək.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler