» » İran Trampın başsağlığı mesajını qəbul etmədi

İran Trampın başsağlığı mesajını qəbul etmədi

Bölmə: Dünya
İran Trampın başsağlığı mesajını qəbul etmədi
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Tehranda baş verən terror hücumlarını qınayan ABŞ prezidenti Donald Trampın başsağlığı mesajını rədd edib.

Xalqinfo” xəbər verir ki, Zərif tvitter hesabında yazdığı açıqlamasında terroru qınayan ABŞ-ın paralel olaraq İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edilməsini müzakirəyə çıxarmasını sərt şəkildə pisləyib:

“Ağ Evin mesajı və ardınca ABŞ senatının sanksiya qərarı nifətedicidir. İran xalqı ABŞ –ın bu cür dostluq iddialarını rədd edir”.

Qeyd edək ki, ABŞ prezidenti Tramp Tehrana İŞİD hücumundan sonra qurbanlar üçün dua etdiyini bildirmiş, həmçinin “terrorizmi dəstəkləyən ölkələr təşəbüskarı olduqları pisliyin qurbanı olma riskini daşıyırlar” açıqlamasını vermişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler