» » Tillerson çoxillik ənənəni pozdu -

Tillerson çoxillik ənənəni pozdu - Ramazanla bağlı tədbir təklifini rədd etdi

Bölmə: Dünya
Tillerson çoxillik ənənəni pozdu -
ABŞ-ın dövlət katibi Reks Tillerson müsəlmanların müqəddəs Ramazan ayı münasibəti ilə tədbirlərin keçirilməsi təklifini rədd edib. Bununla da Amerika diplomatiyasının başçısı çoxillik ənənəni pozub.

Xalqinfo.az-ın Modern.az-a istinadən xəbərinə görə, bu haqda “Reuters” ABŞ Dövlət Departamentindəki mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, 1999-cu ildən etibarən ABŞ xarici siyasət idarəsində Ramazan ayı münasibəti ilə tədbirlər keçirilib.

Bu ənənəni ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbryat başladıb. Onun qoyduğu bu ənənə isə sonralar da davam etdirilib. İstər respublikaçıların, istərsə də demokratların hakimiyyətləri zamanlarında.

Lakin ABŞ-ın dövlət katibi Reks Tillerson ilk dəfədir ki, bu qaydanı pozub.

“Reuters” yazıb ki, aprelin əvvəllərində Dövlət Departamentinin müvafiq bölməsi Reks Tillersondan orucluq ayının başlaması münasibəti ilə tədbirlərin keçirilməsi üçün razılıq istəyib. Lakin, Reks Tillerson bu təklifi rədd edib.

Amerikadakı müsəlman icmalarının nümayəndələri də bildiriblər ki, onlara Ramazanın başlaması münasibəti ilə hər hansı tədbirdə iştirak etmək barədə təklif gəlməyib.

Bununla belə Dövlət Departamentinin rəsmi saytında Tillersonun adından müsəlmanlara təbrik ünvanlanıb və onlara xoş arzular çatdırılıb.

Qeyd edək ki, may ayının 27-dən Ramazan ayı başlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler