Braziliya prezidenti rəsmən korrupsiyada ittiham olunurBölmə: Dünya
Braziliya Federal Ali Məhkəməsinin hakimi Edson Fakin korrupsiyada ittiham olunan prezident Mişel Temerə qarşı cinayət işi açılmağına dair qərar qəbul edib. “Xalqinfo”nun “Globo” telekanalına istinadən verdiyi məlumata görə, müvafiq tələb Federal Ali Məhkəməyə Baş Prokurorluq tərəfindən göndərilib. Bununla da 76 yaşlı prezident rəsmən korrupsiyada şübhəli hesab olunub. Qeyd olunur ki, daha öncə braziliyalı sahibkarlar – Joesli və Uesli Batist qardaşları Federal Ali Məhkəməyə Mişel Temerlə bağlı səs qeydi veriblər. Qeyddə Temer eks-prezident Dilma Russefin impiçmentinin təşəbbüskarı olan parlamentin alt palatasının keçmiş spikeri Eduard Kunyunu pulla “almağı” təklif edib. “Globo”nun məlumatına görə, pullar Kunyunun susdurulması üçün təklif olunub. Temer öz növbəsində, Kunyu ilə rüşvət söhbətini təkzib edib. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|