» » Şimali Koreya ilk dəfə sualtı qayıqların ballistik raketlərini nümayiş etdirdi

Şimali Koreya ilk dəfə sualtı qayıqların ballistik raketlərini nümayiş etdirdi

Bölmə: Dünya
Şimali Koreya ilk dəfə sualtı qayıqların ballistik raketlərini nümayiş etdirdi
Şimali Koreya rəhbərliyi ilk dəfə olaraq paytaxt Pxenyanda keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib.

Xalqinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sualtı qayıqların “Pukkıkson-2” tipli ballistik raketləri yerli televiziya vasitəsilə yayımlanıb.

Qeyd edək ki, bu gün KXDR-nin yaradıcısı Kim İr Senin anadan olmasının 105 illiyi münasibəti ilə Pxenyanda hərbi parad təşkil olunub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Şimali Koreyanı ciddi təhlükə adlandırıb və Koreya yarımadasının sahillərinə aviadaşıyıcı hücum donanması göndərib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler