» » "Moskva və Vaşinqtonun əməkdaşlığından bütün dünya udur"

"Moskva və Vaşinqtonun əməkdaşlığından bütün dünya udur" Sergey Lavrov

Bölmə: Dünya
"Moskva və Vaşinqtonun əməkdaşlığından bütün dünya udur"
"Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonu Rusiya prezidenti Vladimir Putin qəbul edib. Putin-Tillerson görüşü iki sаatdan çox çəkib".

Xalqinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla keçirdiyi birgə mətbuat konfransında bildirib.

O, Reks Tillersonla 5 saatdan çox danışıqlar apardığını söyləyib: "Daha sonra danışıqlar Kremldə davam etdirildi. Danışıqlar açıq və ətraflı keçdi. İkitərəfli münasibətləri, beynəlxalq gündəmdə olan vacib məsələləri müzakirə etdik".

Rusiya-ABŞ münasibətlərindən danışan Sergey Lavrov iki ölkə arasındakı münasibətləri pozmaq istəyənlərin olduğunu söyləyib: "Görürük ki, bizim münasibətlərimizə maneə olmaq istəyirlər. Tarix göstərib ki, Moskva və Vaşinqton əməkdaşlıq edəndə bundan nəinki xalqlarımız, bütün dünya udur". (apa)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler