» » Tillerson Ankaraya gəldi

Tillerson Ankaraya gəldi

Bölmə: Dünya
 Tillerson Ankaraya gəldi
ABŞ-ın dövlət katibi Reks Tillerson Ankaraya gəlib.

Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət katibinin ilk görüşü yerli vaxtla saat 11:00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla olacaq.

Tillerson daha sonra həmkarı Mövlüd Çavuşoğlu ilə görüşəcək. Görüşdən sonra birgə mətbuat konfransı təşkil edəcək.

Keçmiş prezident Barak Obama administrasiyasının son dövründə pozulan ABŞ-Türkiyə əlaqələri tarixinin ən pis dövrlərindən birini yaşayır. Tillersonun səfəri iki ölkə münasibətlərindəki bir çox məsələlərə aydınlıq gətirəcək. Tillersonun Türkiyə səfərinə ABŞ-ın YPG terror təşkilatına silah yardımından FETÖ lideri Fətullah Gülənin ekstradisiyasına qədər bir çox mövzunun müzakirə ediləcəyi gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler