» » 250 il yatan Vulkan oyandı

250 il yatan Vulkan oyandı

Bölmə: Dünya
250 il yatan Vulkan oyandı
Rusiyanın Kamçatka yarımadasında yerləşən Kambalni vulkanı 250 ildən sonra oyanıb.

Xalqinfo.az xəbər verir ki, 250 il aradan sonra ilk dəfə püskürən vulkan tədqiqatçıları təəccübləndirib.
Vulkan 7 min metr hündürlüyə çıxan kül və toz buludu ilə dolu qorxulu bir mənzərə yaradıb.
Cümə günündən bəri vulkan kül buludu buraxır.
Ən son 1769-cu ildə partlayan Kambalni vulkanı 2156 metr hündürlüyə malikdir.
Ötən ilin dekabr ayında Kamçatkanın şimalında yerləşən Şivelux vulkanının püskürməsi nəticəsində 11000 metrə qədər yüksələn kül buludları meydana gəlmişdi.
Kamçatka yarımadasında ümumi 300-ə yaxın vulkan var və bunların 29-u fəal haldadır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler