» » Mosulda 6 İŞİD lideri məhv edilib

Mosulda 6 İŞİD lideri məhv edilib

Bölmə: Dünya
Mosulda 6 İŞİD lideri məhv edilib
Qərbi Mosulda beynəlxalq koalisiyanın hərbi təyyarələri 6 İŞİD liderini məhv edib. Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İraq müdafiə nazirliyinin məlumatında deyilir.

Məhv edilənlərin arasında “Tarek ben Ziyad” briqadasına başçılıq edən Rusiya vətəndaşı Abdel Kərim ər-Rusinin olduğu da bildirilir. Onunla birgə İŞİD iyerarxiyasında yüksək mövqe tutan iki Mərakeş, bir Fransa, Böyük Britaniya və Türkiyə vətəndaşı öldürülüb.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler