Prezident arvadından absurd açıqlama - “Ölsə də, seçiləcək”Bölmə: Dünya
Zimbabvenin 51 yaşlı birinci xanımı Qreys Muqabe prezident seçkiləri ilə bağlı qalmaqallı bəyanat verib. “Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, birinci xanım bildirib ki, əgər əri, 92 yaşlı prezident Robert Muqabe ölərsə, onun adı yenə də seçki bülletenlərində peyda olacaq və bütün hallarda qalib gələcək: “Bir gün Allah qərar versə və Muqabe ölərsə, o, yenə də namizəd kimi bülletendə peyda olacaq. Siz görəcəksiniz ki, insanlar ölmüş Muqabeyə necə səs verir. Mən ciddi deyirəm, insanlar öz prezidentlərini sevir”. Qeyd edək ki, Muqabe 1980-ci ildən ölkəyə rəhbərlik edir və dünyanın ən yaşlı prezidentlərindəndir. Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|