» » “Reina” terrorçusu hər şeyi etiraf etdi

“Reina” terrorçusu hər şeyi etiraf etdi

Bölmə: Dünya
“Reina” terrorçusu hər şeyi etiraf etdi

“Reina” gecə klubunda qətliam törədən terrorçu Əbu Muhammed Əl Horasani kod adlı Abdulkadir Maşaripov tutulduqdan sonra hər şeyi etiraf edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə İstanbul valisi Vasip Şahin açıqlayıb.

Vali bildirib ki, terrorçu günahını etiraf edib və hücumun İŞİD-in əmri ilə etdiyini bildirib.

Həbs olunan terrorçu Abdulkadir Maşaripov 1983-cü ildə Özbəkistanda doğulub, Əfqanıstanda təlim keçib. 4 dil bilir. Türkiyəyə 2016-cı ilin yanvar ayında gəldiyi ehtimal olunur.

Türkiyə polisi terrorçunu tutmaq üçün 7 min 200 saatlıq kamera görüntülərini araşdırıb. Əməliyyata ümumilikdə 2 min polis cəlb edilib.

Məlumata görə, terrorçu əvvəlcə Başakşehirdə ev tutub. Daha sonra bir neçə ev dəyişdirərək, gizlənməyə çalışıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler