» » 5 min mühacir həyatını itirdi -

5 min mühacir həyatını itirdi - Avropa uğrunda

Bölmə: Dünya
5 min mühacir həyatını itirdi -

2016-cı ildə 5 mindən çox mühacir Aralıq dənizinı keçməyə cəhd göstərərkən həyatını itirib, 363 min nəfər isə Avropaya çatmağa müvəffəq olub. "Xalqinfo" AzərTac-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Ölüm halları ən çox İtaliyaya keçməyə cəhd edən mühacirlər arasında qeydə alınıb – 4,5 min nəfər.

“ЕС Frontex” sərhədyanı agentliyinin ilkin məlumatına əsasən, 2016-cı ildə Yunanıstana gələn mühacirlərin sayı bir il əvvəlkinə nisbətən 79 faiz (182,5 min nəfər) azalıb. Agentlik bunu Türkiyə və Avropa İttifaqı arasındakı sazişlə, həmçinin Balkan marşrutunda sərhəd nəzarətinin gücləndirilməsi ilə əlaqələndirir.

Eyni zamanda, mərkəzi Aralıq dənizi marşrutu ilə İtaliyaya keçən mühacirlərin sayı 181 min nəfərə qədər artıb ki, bu da bütün müşahidələr ərzində ən yüksək göstəricidir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler