» » Berlin terrorunu törədən bilindi - FOTO

Berlin terrorunu törədən bilindi - FOTO

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Berlin terrorunu törədən bilindi - FOTO

Almaniyanı sarsıdan terror hadisəsini törədənin kimliyi məlum olub. Alman polisi hazırda Anis Amir adlı şübhəlini axtarır.

Xalqİnfo.az alman mətbuatına istinadən xəbər verir ki, şübhəlinin şəxsiyyət vəsiqəsi qarət edilmiş yük maşınından tapılıb.

Məlumata görə, sözügedən şəxs Tunisin Tataouine şəhərində doğulub və Almaniyaya ötən il qaçqın kimi gəlib. Polis yük maşınında aşkarlanan qan izlərinin ona aid olduğunu güman edir.

Xatırladaq ki, Berlində dekabrın 19-u gecə saatlarında naməlum şəxsin yük maşınını Milad yarmarkasına gələn insanların üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler