» » Ərdoğanın 15 iyulda heç yerdə yayılmayan Videosu

Ərdoğanın 15 iyulda heç yerdə yayılmayan Videosu

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Ərdoğanın 15 iyulda heç yerdə yayılmayan Videosu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyul dövlət çevrilişinə cəhd zamanı Mərmərədə jurnalistlərə verdiyi açıqlama yenidən gündəmə gəlib.

Xalqİnfo.az “Sabah”a istinadən xəbər verir ki, Ərdoğan CNN-ə müsahibəsindən bir neçə dəqiqə əvvəl yerli mətbuata danışıb. Ancaq aralarında “Anadolu” agentliyi də olan xeyli agentlik və televiziya prezidentin çıxışını yayımlamayıb.

Belə ki, Ərdoğan 00:05-də təxminən 6 dəqiqə davam edən açıqlama verib. Bundan sonra Mərmərədəki qaynaqlar prezidentin telefonla çəkilmiş görüntüsünü whatsapp vasitəsilə A Xəbər telekanalına ötürüb.

Telekanal 00:31-də prezidentin açıqlamasını telefonla yayımlayıb. Məhz bundan sonra digər agentlik və telekanallar Ərdoğanın çıxışını yayımlamağa məcbur olub.

Məsələyə münasibət bildirən “Anadolu” agentliyinin direktoru Şenol Qazancı görüntünün yayımlanmamasını keyfiyyətsiz olması ilə əlaqələndirib.

Prezident Ərdoğanın həmin gecə telekanallar tərəfindən verilməyən görüntüsünü təqdim edirik:




Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler