Rəqqaya hücum başladı - “Fəratın qəzəbi”Bölmə: Dünya
Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rəqqa şəhərinin terrorçulardan azad olunması əməliyyatına başlanılıb. “Xalqİnfo”nun məlumatına görə, PKK-nın Suriya qolu olan YPG-nin liderliyi ilə kürd, ərəb və türkmən döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələrinin (SDG) həyata keçirdiyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya dəstək olacaq. Bu barədə “Reuter” xəbər yayıb. Suriya Demokratik Qüvvələri Rəqqa əməliyyatı üçün bu şəhərin şimalında yerləşən Eyn İsa qəsəbəsinə bağlı bir bölgədə mətbuat konfransı keçirərək tezliklə qələbə əldə edəcəklərini bildirib. Qey edək ki, Rəqqanın İŞİD terror təşkilatından azad olunması üçün aparılan əməliyyat “Fəratın qəzəbi” adlanır. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|