» » Türkiyədə hərbi çevrilişi idarə edənlərin kimliyi müəyyənləşdirildi

Türkiyədə hərbi çevrilişi idarə edənlərin kimliyi müəyyənləşdirildi ABŞ-dan qayıdan 3 nəfərlik heyət

Bölmə: Dünya
Türkiyədə hərbi çevrilişi idarə edənlərin kimliyi müəyyənləşdirildi

Fəthullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi prosesini idarə edən 3 nəfərlik heyəti müəyyən edilib.

Xalqinfo.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, həmin heyətin FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki imamı Adil Öksüz, “Kaynak Kağıt” şirkətinin sabiq müdiri Kamal Batmaz və elektrik mühəndisi Harun Binişdən ibarət olduğu müəyyənləşdirilib. Bu şəxslərin iyulun 11-də ABŞ-a getdiyi, iki gün sonra isə Türkiyəyə qayıtdıqları bəlli olub. Atatürk Hava Limanındakı görüntülər də bunu sübut edir.

Türkiyədə hərbi çevrilişi idarə edənlərin kimliyi müəyyənləşdirildi

Bu şəxslərin üçü də 15 iyulda hərbi çevriliş cəhdinin idarə edildiyi əsas mərkəz sayılan Ankaradakı Akıncı hərbi hava bazasında olub.

K. Batmaz və H. Biniş bundan öncə Ankara Baş Prokurorluğunun hərbi çevriliş cəhdi ilə bağlı apardığı istintaq çərçivəsində həbs ediliblər.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler