» » 20 YAŞADƏK FUTBOLÇULARIN ÇEMPİONATINDA MEYDANA 13 YAŞLI HÜCUMÇU DAXİL OLUB

20 YAŞADƏK FUTBOLÇULARIN ÇEMPİONATINDA MEYDANA 13 YAŞLI HÜCUMÇU DAXİL OLUB

Bölmə: Dünya, Idman
20 YAŞADƏK FUTBOLÇULARIN ÇEMPİONATINDA MEYDANA 13 YAŞLI HÜCUMÇU DAXİL OLUB
Dembele "Seltik"dəki komanda yoldaşı Cek Ayçisonu əvəzləyib

13 yaşlı hücumçu Karamoko Dembele 20 yaşadək futbolçular arasında keçirilən Şotlandiya çempionatının "Seltik" - "Harts" matçında meydana daxil olub. "Report"un məlumatına görə, Dembele "Seltik"dəki komanda yoldaşı Cek Ayçisonu əvəzləyib.

Görüş onun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, yeniyetmə forvardın U-20 komandasında debüt matçı olub.

Qeyd edək ki, Karamoko Dembelenin "Seltik"in əsas komandasında çıxış edən Belçika yığmasının yarımmüdafiəçisi Mussa Dembele ilə heç bir qohumluq əlaqəsi yoxdur. O, Kot d İvuar əsillidir. İrlandiyanın paytaxtı Dublində bu yay keçirilmiş nüfuzlu "Sent Kevin Boyz" turnirində diqqəti cəlb edib.

Xalqİnfo.az

20 YAŞADƏK FUTBOLÇULARIN ÇEMPİONATINDA MEYDANA 13 YAŞLI HÜCUMÇU DAXİL OLUB
20 YAŞADƏK FUTBOLÇULARIN ÇEMPİONATINDA MEYDANA 13 YAŞLI HÜCUMÇU DAXİL OLUB


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler