» » Müsəlman xanımların çimərlik paltarı

Müsəlman xanımların çimərlik paltarı qadağan edilib

Bölmə: Dünya, BLOK XƏBƏR
Müsəlman xanımların çimərlik paltarı  Fransanın Kann şəhərinin yerli hakimiyyət orqanları müsəlmanlara burkinidə çimərliyə gəlməyi qadağan edib.


Xalqinfo.az Novator.az-a istinadən bildirir ki, Kann bələdiyyəsinin burkinini qadağan edən sərəncamında deyilir ki, Fransa terror hücumlarının hədəfinə çevrildiyi üçün dini mənsubiyyəti əks etdirən çimərlik paltarı ictimai asayişi poza, toqquşmalara səbəb ola bilər. Sərəncamda vurğulanır ki, istənilən şəxsin ədəb-ərkan qaydalarına və dünyəvilik prinsiplərinə cavab verməyən, gigiyenik tələblərə və təhlükəsizliyə uyğun olmayan paltarda çimərliyə gəlməsi və çimməsi qadağandır.

Yerli mətbuat yazır ki, Kann bələdiyyəsinin sərəncamı iyulun 28-də imzalansa da, nəzərə çarpmayıb. Amma avqustun 11-də şəhər meriyası ictimaiyyəti qadağaya əməl etməyə çağırıb.

Qeyd edək ki, "Burkini" müsəlman xanımlar üçün nəzərdə tutulmuş çimərlik paltarıdır. Bu paltarda bədən tam örtülü olur.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler