Dünyanın ən hörmətli şəxsləri- Siyahı![]() Dünyanın ən hörmətli şəxslərinin adları açıqlanıb. Xalqinfo.az-ın RİA Novosti-yə istinadən məlumatına görə , siyahı "YouGov" sosioloji xidməti tərəfindən hər il aparılan sorğu nəticəsində hazırlanıb. Siyahıya artıq 3-cü dəfədir ki, "Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts rəhbərlik edir. O , dünyanın ən hörmətli şəxsi hesab olunur. Reytinqdə ikinci yer ABŞ prezidenti Barak Obamaya məxsusdur. Üçüncü yerin sahibi isə Çin Xalq Respublikasının sədri Si Tsinpindir. Dünyanın ən hörmətli şəxsləri siyahısında Rusiya prezidenti Vladimir Putin ilk onluğa daxil olub və 6-cı yerdə qərarlaşıb. Rusiya prezidenti siyahıda Tibet xalqının dini lideri Dalay-lamanı, Hindistanın baş naziri Narendra Modini , "Facebook" sosial şəbəkəsinin yardaıcısı Mark Zukerberqi, çinli iş adamı Cek Manı və keçmiş futbolçu Devid Bekxemi geridə qoyaraq önə keçib. Xatırladaq ki, Putin ötən il siyahıda 11-ci yerdə qərarlaşmışdı. Dünyanın ən hörmətli qadını isə dünya şöhrətli aktrisa Ancelina Coli seçilib. Reytinqdə ikinci yerə Böyük Britaniya Kraliçası II Yelizaveta, üçüncü yerə isə ABŞ prezidentliyinə namizəd Hillari Klinton layiq görülüb. Sorğu dünyanın 30 ölkəsində aparılıb. Sorğuda iştirak edənlər iki suala cavab verməli olublar. Birinci sual-"Siz kimə heyransınız?", ikinci sual isə "Ən çox kimə heyransınız? olub. Birinci suala bir neçə cavab verməyə icazə verilsə də, ikinci sualda yalnız bir şəxsin adını çəkmək təlıb olunub. Jalə Hüseynova Xalqinfo.az |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|