» » Daşkənd Moskvaya

Daşkənd Moskvaya "yox" dedi

Bölmə: Dünya
 Daşkənd Moskvaya  Özbəkistan prezidenti İslam Kərimov Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvanın Qızıl Meydanında keçiriləcək bayram tədbirlərində iştirak etməkdən imtina edib.

XALQİNFO.AZ bildirir ki,Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Novıy vek” (“Yeni əsr”) nəşrinə Özbəkistan prezidentinin mətbuat xidmətindən anonim mənbə bildirib.

Mənbə qeyd edib ki, həmin gün respublikada bir sıra tədbirlər keçiriləcək.

Bundan əvvəl isə Kremlin dəvətindən Polşa, Finlandiya, Cənubi Koreya, İsrail, Bolqarıstan, Moldova, Litva, Latviya və Estoniya prezidentləri imtina ediblər. Almaniya kansleri Angela Merkel Moskvaya mayın 10-də gəlmək niyyətindədir.

Moskvanın yaxın müttəfiqi sayılan Belorus prezidenti Aleksandr Lukaşenko da Rusiya prezidenti Vladimir Putinin dəvətini geri çevirib. O, qərarını bu şəkildə əsaslandırıb ki, mayın 9-da Minskdə parad qəbul etməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler