» » 1 səhv 1 milyon

1 səhv 1 milyon qazandırdı

Bölmə: Dünya, MARAQLI
1 səhv 1 milyon ABŞ-da 25 yaşındakı gənc səhvən qatıldığı bir poker turnirində 1 milyon dollar qazanıb.

Xalqinfo.az-ın məlumatına görə, Nyu-Yorkda yaşayan Aşer Connif adlı vətəndaş şansının və səhvlərinin köməyilə poker turnirində qələbə qazanıb. 20 aprel tarixində bir turnirdə 200 min dollarlıq mükafat qazanaraq öz karyerasında rekord qıran Connif turnirdən bir neçə gün sonra internet üzərindən daha bir poker yarışına qatılmaq istəyib.

Lakin səhv yerə klikləyən gənc özünü qumarxanaları ilə məşhur "Atlantic City"dəki canlı bir poker turnirində tapıb. Səhvən girdiyi yarışa görə tətilini ləğv edən gənc 239 adamın qatıldığı çempionatda finala qədər irəliləyib.

6 saatlıq final oyununda, aralarında köhnə bir poker çempionunun da olduğu 5 rəqibini məğlub edən Connif əsas mükafatı qazanıb. Qazandığı pullarla poz verən gənc hisslərini belə ifadə edib: "Həyatımın ən dəli həftəsi idi. Bunu xəyal belə edə bilməzdim", - deyə qalib söyləyib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler