“Taliban” və İŞİD bir-birilərinə qarşı cihad elan etdiBölmə: Dünya
Əfqanıstanda terror təşkilatı İŞİD və “Taliban” bir-birilərinə qarşı cihad elan edib. aznews.az xəbər verir ki, bu haqda məlumatı Helmand Şəhər Polis İdarəsinin rəisi Nəbi Can Mulahel yayıb. Rəis açıqlayıb ki, bu iki təşkilatın qarşılıqlı olaraq cihad elan etməsi haqda onun rəhbərlik etdiyi idarədə vacib sənədlər var. “Taliban”ın hazırladığı sənəddə İŞİD-in müsəlman olmadığını deyilir. İŞİD də bu sözə görə “Taliban”a qarşı cihad elan etdiyini bildirib. Əfqan təhlükəsizlik qüvvələrindən alınan məlumata görə, İŞİD hökumətin nəzarət etmədiyi bölgələrdə fəaliyyətlərini davam etdirir. Helmand şəhərinin Keceki rayonunun polis rəisi Feyzullah Ahonzadə isə deyib ki, rayonun Zamen Daver bölgəsində İŞİD-in xaricdən gələn yaraqlıları toplaşıb və onlar “Taliban”ın keçmiş üzvlərinə dərs keçir və onlara pul verir. Qazne şəhər qubernatorunun müavini Məhəmməd Əli Əhmədi də İŞİD-in şəhərin beş bölgəsində fəaliyyət göstərdiyini gizlətməyib: “Bu terror təşkilatının komandirlərinin hamısı ərəbdir. İŞİD maddi imkanlarından istifadə edərək “Taliban”ın keçmiş üzvlərini və gəncləri öz sırasına qatır”. Əfqanıstanda İŞİD-in varlığı təxminən 6 ay öncə Helmand şəhərində “Taliban” və İŞİD arasında çıxan qarşıdurmadan sonra meydana çıxıb. Şəhər rəsmiləri üzləri qapalı və qara bayraqlar daşıyan hərbçilərin şəhərin kənd yerlərində “Taliban”la vuruşduğunu deyib. Terror təşkilatı İŞİD-in aprel ayının 18-də keçirdiyi əməliyyatda 38 nəfər həyatını itirib. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|