ABŞ-dan İranı şoka salan qərarBölmə: Dünya
Pentaqon etirazlara rəğmən döyüş gəmisini Yəmən sahillərinə göndərdiABŞ Silahlı Qüvvələri bir hərbi təyyarə və bir döyüş gəmisinin Yəmənə göndərilməsi barədə qərar verib. anspress-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Stiv Uorren açıqlama verib. Onun sözlərinə görə, artıq hərbi təyyarə və döyüş gəmisi Yəmən istiqamətində yola çıxıb. Uorren hərbi təyyarə və döyüş gəmisinin İranın Yəmənə silah göndərməsinin qarşısını almaq məqsədilə bölgəyə getdiyi ilə bağlı iddiaları rədd edib. O bildirib ki, hərbi təyyarə və gəmi dənizdə təhlükəsizliyi təmin etmək məqsədilə Yəmən sahillərinə göndərilib. Gəmi Yəmən sahillərindəki digər yeddi döyüş gəmisinə qoşulacaq. Qeyd edək ki, hazırda bölgədə 2 dağıdıcı, 2 mina daşıyan və 2200 ABŞ əsgərini daşıya bilən gəmi mövcuddur. |
XƏBƏR LENTİ
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|