» » Cazibədarsasa pulsuzdu

Cazibədarsasa pulsuzdu yeyəcəksən

Bölmə: Dünya, MARAQLI, BLOK XƏBƏR
Cazibədarsasa pulsuzdu Çində restoranlardan birində "ən yaraşıqlı müştəriyə" pulsuz yemək verilir.

XAALQİNFO.AZ-ın məlumatına görə, Çinin Çjençjou şəhərindəki Korea milli mətbəxi restoranına baş çəkən müştərilər arasında ən yaraşıqlı tanınan şəxsdən yemək hesabı alınmır. Bu barədə BBC Monitorinq Xidməti xəbər verir.

Məlumata əsasən restorana daxil olarkən müştərilərin fotoşəkilləri çəkilir. Hərçənd ki, kimin ən yaraşıqlı olduğunu iaşə obyektinin işçiləri seçmirlər.

Ən cazibədar 5 şəxsi fotolara nəzər salan plastik əməliyyat xəstəxanasının mütəxəssisləri müəyyən edirlər.

2014-cü ildə Çinin cənubundakı daha bir restoran çəkisi artıq olan kişi müştərilərinə endirimlər təsis etmişdi. Qadınlara isə həmin endirimlər onların arıq olduğu təqdirdə təklif edilirdi.

Xəbər Çin sosial mediasında müzakirə olunur. "Belə bir ideya müştərilərin şəxsi ləyaqətinə zərbədir", - Weibo sosial şəbəkəsinin istifadəçilərindən biri yazıb.
Başqa bir istifadəçi belə bir fikirlə bölüşür: "Bu restoran tezliklə bağlansa mən razı qalaram".
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler