» » Durmuşlar kəndi

Durmuşlar kəndi silkələndi

Bölmə: Dünya
Durmuşlar kəndi Türkiyənin Qaziantəp vilayətində maqnitudası 4,6 bal gücündə olan zəlzələ meydana gəlib.

Xalqinfo.az-ın məlumatına görə, Qaziantəp vilayətinin Nurdağı rayonu Durmuşlar kəndi sakinləri ötən gün axşam saatlarında orta şiddətli zəlzələnin şahidi olublar. Qısa bir müddət davam edən zəlzələ vilayətin digər rayon və kəndlərində də hiss edilib.

Boğaziçi Universitetinin Kandilli rəsədxanası və Zəlzələlərin Araşdırılması İnstitutundan verilən açıqlamada yeraltı təkanların Bakı vaxtı ilə 22:44-də baş meydana gəldiyi, yerin 8,8 kilometr dərinliyində qeydə alındığı bildirilir.

Sözügedən yeraltı təkandan 19 dəqiqə sonra daha bir zəlzələ olub. Lakin əvvəlki ilə müqayisədə bu təkan zəif hiss edilib.

Ardıcıl meydana gələn yeraltı təkanlar sakinlərdə təşvişə səbəb olub.

Hadisə nəticəsində dağıntı və xəsarət alan olmayıb
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler