» » Futbol dünyasında

Futbol dünyasında şok qalmaqal

Bölmə: Dünya, Idman
"Barselona"nın argentinalı ulduzu Lionel Messi ilə komandanın baş məşqçisi Luis Enriki arasında başlayan qalmaqal get-gedə böyüyür.

Futbol dünyasında Xalqinfo.az xəbər verir ki, "Barselona" klubunun Primeroda "Real Soscedad" 0:1 hesablı məğlubiyyətindən sonra Messi ilə baş məşqçi Luis Enriki arasında qalmaqal yaranıb. Baş məşqçidən futbolçu seçimini tənqid edən Messi ilə Luis Enrike arasında sonradan böyüyüb.

"NTV Spor"un məlumatına görə, bazar ertəsi günü məşqə gəlməyən Messiyə gün ərzində zəng etmək mümkün olmayıb. Buna görə, baş məşqçi futbolçunu cəzalandırıb.

Ancaq araya girən Xavi, İnyesta və Busqets Messiyə cəza verilməsinin gərginliyi daha da artıracağını deyərək Luis Enrikini fikrindən daşındıra biliblər.

Amma bundan xəbər tutan Messi klub rəhbərliyinin qarşısında şərt qoyub - "Ya mən, ya Luis Enriki".

İddialara görə, rəhbərlik Messinin tərəfini tutub və ona məşqçinin komandadan qovulaçağı ilə bağlı söz verib.

Yaxın günlərdə Luis Enrikenin Messiyə görə, klubdan biabırçılıqla uzaqlaşdırılacağı gözlənilir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler