10 məscidə qadın dini ayin icraçısı təyin olunduBölmə: Din
![]() İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış ilk qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib. "Xalqinfo" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, belə bir təyinatın həyata keçirilməsi Azərbaycanda ilk təcrübə hesab oluna bilər. Məscidlərdə orta və ali dini təhsili olan qadınların dini ayin icraçıları kimi fəaliyyət göstərmələri İslam dininin dəyərlərini olduğu kimi təbliğ etmək, dini ayinləri doğru icra etmək, insanları xurafat və cahillikdən uzaqlaşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi “Heydər”, “Xanım Fatimeyi-Zəhra”, Yasamal rayonu “İlahiyyat”, Sumqayıt şəhəri “Cümə”, Ceyranbatan yaşayış massivi “Ceyhun xanım və Hacı Əhməd”, Neftçala şəhəri “Sahibəz-Zaman”, Gəncə şəhəri, Bala Bağbanlar məhəlləsi “Fatimeyi-Zəhra”, Saatlı rayonu “Sımadakənd”, Şəki şəhəri “Mərkəzi Cümə”, İsmayıllı rayonu “Cümə” məscidlərinə təyin olunublar. |
XƏBƏR LENTİ
02.06.23 08:53 | Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok
30.05.23 14:05 | Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
30.05.23 13:58 | Ərdoğan Cənubi Qafqazda faktordur – Moskvadan baxış
30.05.23 13:35 | Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedir
30.05.23 13:33 | Elxan Qasımov dəfn olundu
30.05.23 13:29 | Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"
30.05.23 13:26 | Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq
30.05.23 13:23 | ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden
30.05.23 13:18 | İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan
30.05.23 13:16 | Prezidentlərin geniş tərkibdə görüşü başladı
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
|