Şeyx Paşinyana çağırış etdiBölmə: Din
![]() Hazırda Fransa Avropada islamofobiyanın tüğyan etdiyi bir ölkə kimi seçilir. Xalqinfo.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda bütün din mənsubları qardaşlıq münasibətində yaşayır və dövlətin onlar üçün yaratdığı bütün şəraitdən istifadə edirlər: “Müqəddəs Quranda Uca Allah bizlərə buyurur: “Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin”. Təəssüf ki, son zamanlar Avropada islamofobiya meyilləri kəskinləşir. Bu mənada Fransada baş verən anti-islam meyilləri getdikcə daha da kəskinləşir”. A.Paşazadə bildirib ki, erməni terror şəbəkəsinin əsası da məhz Fransada qoyulub: “Nifrət çağırışlarının qarşısının alınması olduqca zəruridir. Ötən aylarda İsveçdə Quranın yandırılması da qətiyyətlə pislənilməlidir. Bütün bu təhlükə və təhdidlərdən insanların birgə mübarizəsi nəticəsindən qurtulmaq mümkün olacaq”. QMİ sədri Ermənistanın baş nazirinə də çağırış edib: "Nikol Paşinyanın diqqətinə çatdırmaq istəyirəm ki, sovet dövründə belə məscidlər, kilsə və sinaqoqlar təhqir edilməyib. Buralar ən pis halda muzey, yaxud anbar kimi istifadə olunub. Ermənistan baş nazirinin Bakıdakı məscidlərlə bağlı fikirləri isə cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycan məscidləri sökən, təhqir edən yox, məscid tikən ölkədir. Bu, sadəcə, Ermənistanın vəhşi və barbar hərəkətlərinə bəraət qazandırmaq istəyindən başqa bir şey deyil". |
XƏBƏR LENTİ
24.03.23 18:51 | Məni rus agentləri zəhərləyib, dəqiq xatırlayıram - Saakaşvili
23.03.23 15:15 | Dilarə Əliyevanın səhhəti pisləşdi - Foto
22.03.23 23:38 | Putin Braziliyada həbs olunacaq?
22.03.23 23:25 | Qarabağda müharibə bitməyib, dayandırılıb...
22.03.23 23:20 | “Azərbaycan qadını ailə dağıtmaqla məşğuldur” - Qalmaqallı açıqlama
22.03.23 23:15 | Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
22.03.23 23:11 | Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? - DOSYE
22.03.23 17:49 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
22.03.23 17:47 | "Rusiyanın süqutuna hazırlaşmalıdırlar" - Saakaşvili
22.03.23 17:42 | Məşhur icra başçısı yola salınır
22.03.23 17:39 | İran Naxçıvan sərhədinə hərbi texnika yeridir
22.03.23 06:38 | Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü - Yenilənib
21.03.23 10:42 | Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir
21.03.23 10:39 | Yaponiyanın Baş naziri Ukraynaya səfər etdi
19.03.23 13:44 | Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq- Siyahı
19.03.23 13:39 | Hacı Nuran Pərvanəyə elçi çıxdı
19.03.23 13:36 | Prezidentin bəyanatları təsdiqlədi: Sülh olmayacaq!
18.03.23 15:33 | Prezident ailəsi ilə Tərtərə getdi
17.03.23 22:14 | Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi
17.03.23 15:13 | Eldar Sultanov təqaüdə göndərildi - Fotolar
16.03.23 18:20 | TDT liderlərinin Ankara Bəyannaməsi yayıldı
16.03.23 18:18 | Öz bədənini yeyən qadın - “Dadı mal ətinə bənzəyir”
16.03.23 16:14 | Şeyx Paşinyana çağırış etdi
16.03.23 16:09 | Nazir qəbul keçirdi, 22 qazi işə qəbul olundu
16.03.23 16:06 | Rüşvətə görə tutulan polkovnikin cəzası azaldıldı
|