» » Din xadimləri arasında dəyirmi masa keçirilib

Din xadimləri arasında dəyirmi masa keçirilib - FOTO

Bölmə: Din
Din xadimləri arasında dəyirmi masa keçirilib
Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Qaradağ rayonunda “Dini radikalizmə qarşı mübarizə yolları“ mövzusunda rayon ərazisində fəaliyyət göstərən din xadimləri arasında dəyirmi masa baş tutub.

"Xalqinfo" xəbər verir ki, dəyirmi masada Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşı Bayram İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov və din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yusif Nəsibov insanlar arasında sağlam dini biliklərin formalaşmasında din xadimlərinin rolunun vacibliyindən bəhs edib.

Daha sonra çıxış edən Anar Kazımov öz çıxışında insanları dini radikalizmdən, radikal dini qrupların təsirindən kənar saxlamaq üçün İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etməyin əhəmiyyətini vurğulayıb.

Tədbir müzakirələrlə davam etdirilib.
Din xadimləri arasında dəyirmi masa keçirilib
Din xadimləri arasında dəyirmi masa keçirilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler