Şeyxdən Əl-Əqsa açıqlamasıBölmə: Din
Əl-Əqsa məscidi ətrafında baş verən prosseslərə bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədən də açıqlama gəlib.Hacı Allahşükür Paşazadə ANS-ə bildirdi ki, baş verənlər təkcə müsəlmanların deyil, dünyanın bütün dindarlarının problemidir. Müsəlmanların Kəbədən sonra ikinci ən müqəddəs məkanı olan Əl Əqsa yalnız islam və müsəlmanlar üçün deyil, bütün səmavi dinlər, İsa və Musa peyğəmbərlərmiz üçün də müqəddəsdir. Şeyx dedi ki, dünya bu hadisələri etinasızlıqla izləyərsə, ədalətli mövqe ortaya qoyulmazsa bu, gələcəkdə dinlərəarsı münaqişəyə, dünya miqyasında təxribata səbəb ola bilər. Bütün qafqazın Şeyxi prosesləri ciddi narahatlıqla izlədiyini və məsələdə sağlam düşüncənin, ağlın və imanın qələbəsinə inandığını deyib. Qafqaz Müsəlmanları İdarəsi yaranmış problemlə bağlı xüsusi açıqlama ilə çıxış edəcək. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|