Qanunsuz fəaliyyət göstərən məscid bağlandıBölmə: Din
Bununla bağlı müvafiq dövlət qurumları tərəfindən araşdırmalara başlanılıbAzərbaycanda “Aşıq Rza” adı ilə qanunsuz fəaliyyət göstərən məscid bağlanıb və bununla bağlı müvafiq dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb. Bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bildirib. Sədr müavini bildirib ki, bir neçə gün əvvəl Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yerli hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində “Aşıq Rza” məscidi adlanan və qeyri-qanuni fəaliyyətlə məşğul olan ev aşkarlanıb: “Xüsusi mülkiyyət olan həmin evin altındakı yarı-zirzəmi ərazi süni şəkildə, aidiyyəti dövlət qurumlarının icazəsi olmadan, mövcud qanunvericiliyə zidd şəkildə məscidə çevrilib. Həmin ünvanda Dövlət Komitəsində qeydiyyata alınmış hər hansı dini icma bu günədək fəaliyyət göstərməyib. Hazırda qanunsuz məscidin fəaliyyəti dayandırılıb və müvafiq dövlət qurumları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə açıqlama veriləcək”. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|