DataLife Engine > BLOK XƏBƏR > Aygün Bəylər vəfat etdi

Aygün Bəylər vəfat etdi


6-01-2024, 21:30. Yerləşdirdi: Tural Aygün Bəylər vəfat etdi




Əməkdar artist, tanınmış müğənni Aygün Hümmətova (Bəylər) dünyasını dəyişib.

“Xalqinfo” Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.

Onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov məlumatı təsdiqləyib.

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər" deyə, aktyor əlavə edib.

“Özün günahkarsan”, “Ana”, “Küsmə gəl” mahnılarının ifaçısı olan müğənni “Tut ağacı” mahnı ilə məşhurlaşıb.

Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!
Geri qayıt