DataLife Engine > BLOK XƏBƏR > Rusiyalı nazir müavini Danimarkaya buraxılmadı

Rusiyalı nazir müavini Danimarkaya buraxılmadı


12-09-2023, 22:00. Yerləşdirdi: Tural Rusiyalı nazir müavini Danimarkaya buraxılmadı




Danimarka hakimiyyəti Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional toplantısında iştirak etməyi planlaşdıran Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Kopenhagendəki diplomatik missiyasının məlumatında deyilir.

"Sentyabrın 12-14-də Kopenhagendə ÜST-ün regional toplantısı keçirilir. Bu tədbirdə səhiyyə nazirinin müavini O.Salaqayın iştirakı gözlənilirdi. Lakin Kastrup hava limanında onun Danimarkaya buraxılmasına icazə verilmədi", - mətndə deyilir.
Geri qayıt